Boks

Boks
Ümumi məlumatlar
Mənşə ölkəsi
Xüsusiyyətləri
Oyunçu sayı 2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boksiki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri idman növüdür.[1] Boks qarşılaşmaları dünyanın bir çox ölkəsində izlənilir.

Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır. Məşq üçün "armud" adlı alətdən istifadə olunur.

Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər. Həm həvəskar həm də peşəkar boksçular qarşılaşmada diş və qasıq qoruyucuları istifadə edirlər. Həvəskar boksçular ayrıca qoruyucu başlıq taxırlar.

  1. Boxing is a martial art:
    • "Is boxing considered a martial art? Yes, here's why". MMA Channel. 5 June 2021. İstifadə tarixi: 2023-06-04.
    • "9 reasons why boxing is the perfect martial art". Evolve MMA. İstifadə tarixi: 2023-06-04.
    • "Reasons why boxing is the perfect martial art". MMA Channel. 29 September 2021. İstifadə tarixi: 2023-06-04.
    • "Inside the UK's white-collar cage fighting scene". BBC News. 4 April 2016. İstifadə tarixi: 2016-04-05.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search